Boksçularımızdan iki mükafat
Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb.
Msport.az xəbər verir ki, yarışa qatılan Azərbaycan millisinin hər 2 idmançısı çıxışını medalla bitirib.
Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər.
Həlledici görüşdə rəqib qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.