featured-image-61585

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də finala yüksəlib.

Msport.az xəbər verir ki, bunlar Rəşid Məmmədəliyev və Zelim Tçkayevdir.

73 kq çəki dərəcəsində yer alan Məmmədəliyev həlledici görüşdə yaponiyalı Tatsuki İşihara, 81 kq çəkidəki Tçkayev isə kanadalı Qotye Drapo ilə qarşılaşacaq.

Məmmədəliyev finaladək ardıcıl olaraq, qazaxıstanlı Anqsarbek Qaynullin, gürcüstanlı Baqrati Niniaşvili italiyalı Manuel Parlati və tacikistanlı Abubakr Şerovu məğlubiyyətə uğradıb.

Azərbaycanın bu çəkidə daha bir təmsilçisi Vüsal Qələndərzadə yaponiyalı Ryuqa Tanaka ilə bürünc medal görüşünə çıxacaq. O, əvvəlki qarşılaşmalarında italiyalı Leonardo Valeriani, moldovalı Denis Vyeru, qazaxıstanlı İslam Toktassiyə qalib gəlsə də, yarımfinalda İşiharaya uduzub.

Tçkayev isə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə italiyalı Leonardo Kasalyanı, daha sonra Tçkayev özbəkistanlı Arslanberq Tojiyevi, azərbaycanlı Ömır Rəcəblini və tacikistanlı Somon Maxmadbekovu üstələyib.

Rəcəbli isə bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Askerbey Gerbekov olacaq. Rəcəbli ¼ finalda Tçkayevə uduzanadək kanadalı Artur Margelidon və cənubi koreyalı Seunqçan Lini, təsəlliverici görüşdə isə qazaxıstanlı Meyirjan Jumabeki yenib.

Qeyd edək ki, bürünc medal uğrunda və final görüşləri saat 17:00-da başlayacaq.

Bənzər xəbərlər