“Braziliya futboluna qayıtmaq istəyirəm” – “Sabah”ın maraqlandığı futbolçu
“Sabah”ın maraq dairəsində olan Vaqner Lav karyerasını harda bitirmək istəməsinə aydınlıq gətirib.
Msport.az xəbər verir ki, Braziliyadan olan 38 yaşlı forvard bunları söyləyib:
“Mən azad agentəm. Şübhəsiz ki, Braziliya futboluna qayıtmaq istəyirəm. Mənə bir neçə təklif olub, amma konkret bir şey yoxdur. Əgər imkan olsaydı, karyeramı “Korintians” və ya “Flamenqo”da başa vurmağa şad olardım. Bu Braziliyanın, bəlkə dünyanın iki ən böyük klubudur. Mənim 38 yaşım var. Amma hələ də gücüm çoxdur. Sadəcə, məni meydana buraxın və görəcəksiz ki, gücüm çoxdur”.