Braziliyalı oyunçu Azərbaycan klubunda
“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu braziliyalı Erik Dannilo ilə anlaşıb. Baş məşqçi Vitali Borisovun istəyi ilə heyətə cəlb olunan futzalçı qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
23 yaşlı oyunçu İspaniyanın “Peniskola” klubunda çıxış edib.