Britaniya tarixinin ən bahalı transferi
İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun “Nottinqem Forest”dən “Mançester Siti”yə keçidi Britaniya futbolu tarixinin ən bahalı transferi olub.
Msport.az xəbər verir ki, transferin məbləği 135 milyon avro təşkil edib.
Əvvəlki rekord Cud Bellinqemə məxsus idi. O, 2023-cü ildə “Borussiya Dortmund”dan “Real”a 130 milyon avroya transfer olunmuşdu.
Bununla yanaşı, Anderson futbol tarixinin ən bahalı 5 transferi sırasına da daxil olub. Siyahıya Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçidi liderlik edir.
Qeyd edək ki, Anderson “Nyukasl” akademiyasının yetirməsidir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.







