featured-image-32730

“Bu turnir səviyyəli komandalara qarşı gücümüzü sınamaq üçün əla fürsətdir”.

Msport.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Kilan Lebon “Match TV”yə açıqlamasında deyib.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Match TV” turnirində “Zenit”ə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyununu dəyərləndirən fransalı vinger bunları söyləyib: “İlk hissədə daha yaxşı oynadıq. Amma fasilədən sonra vəziyyət dəyişdi. Rəqib meydandakı hərəkətinə enerji əlavə etdikdən sonra oyun bizim üçün çətinləşdi”.

Qeyd edək ki, “Neftçi” turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubuna qarşı keçirəcək.

Bənzər xəbərlər