featured-image-71913

Bu gün ABŞ, Meksika və Kanadada təşkil olunacaq  DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Msport .az xəbər verir ki,FİFA-nın mənzil qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Pley-off oyunlarında iqrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibi yer alacaq  (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə “səpələnmişlər” və  “səpələnməmişlər” səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.

Yarımfinal cütlüklərinin qalibləri finala vəsiqə qazanacaq.

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı ildə keçiriləcək.

Pley-offun püşkatması üçün səbətlərin tərkibi aşağıdakı kimidir

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;

3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Bənzər xəbərlər