featured-image-80196

İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis komandasının dünya çempionatının yarımfinalına vəsiqə qazanmasından sonra təəssüratlarını bölüşüb.

Msport.az xəbər verir ki, ispanlar 1\4 finalda Belçikanı 2:1 hesabı ilə məğlub edib. Oyuna start heyətində çıxan Ruis 30-cu dəqiqədə hesabı açıb:

“Əvvəlcə bir qədər qeyri-adi gəlirdi. Biz bilirdik ki, belə güclü komandaya qarşı oynamaq çətin olacaq. Biz hər zaman dediyimiz kimi bu komanda heç vaxt təslim olmur. Artıq öyrəşirik ki, Merino oyunun sonlarında qol vurur. Meydana sonradan daxil olmuş futbolçular önəmli rol oynayırlar.

Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Himni dinləyəndə, özününküləri görəndə – bütün bunlar…Bütün ölkənin dəstəyini hiss edib yarımfinala çıxmaq – bundan gözəl heç nə ola bilməz. Bu, unikal hisslərdir. Belə anlar hər zaman xatirində qalır”.

 

Bənzər xəbərlər