featured-image-1512

Bakının “İnter” (hazırkı “Şamaxı”) klubunun sabiq prezidenti Georgi Nikolov “Facebook” hesabında paylaşım edib.

Msport.az xəbər verir ki, o, sabiq klubunun “Şamaxı” adı ilə ilk səfər matçında “Qarabağ”a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb. Klubun “İnter” adlandırıldığı dönəmdən şəkil paylaşan Nikolov bolqar, ingilis və Azərbaycan dillərində bu komandanın heç vaxt 0:8 hesabı ilə uduzmadığını vurğulayıb.

Xatırladaq ki, Nikolov 2006 – 2015-ci illərdə “İnter”in prezidenti olub.

 

 

 

Bənzər xəbərlər