featured-image-17383

Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevsi Azərbaycan seçməsinə yoldaşlıq oyununda məğlubiyyəti (1:3) şərh edib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bu yenilgidən dərs çıxarmalı olduqlarını deyib:

“Rəqibi əla oyuna görə təbrik edirəm. Bundan əvvəlki Finlandiya ilə görüşdə nələrdənsə razı qalmışdım. Bu gün yalnız birinci hissədə qol buraxana qədər müsbət məqamlar oldu. Bu məğlubiyyət bizim üçün möhkəm şillə oldu. Yeganə müsbət məqam odur ki, bu şilləni məhz indi aldıq. Bu gün meydana çıxan futbolçulın əvəzləyicilərinin olmaması məni narahat edir. Milliyə dəvət olunanlar isə artırmalıdırlar ki, rəqabətdən qalib ayrılsınlar. Problem bizdədir və biz bunu həll etməliyik. Düşünməliyik ki, bu formaya nə dərəcədə hörmət edirik. Şübhə etmirəm ki, Avropa çempionatının seçmə mərhələsinə kimi formada olacağıq”.

 

Bənzər xəbərlər