featured-image-16370

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Styaua” komandasının sükanı arxasına keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlama verib.

Rumıniyalı məşqçi bu mövzuda heç nəyi şərh etmək istəmədiyini söyləyib: “Çünki deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan komandadır. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm”.

Cici Bekali Nikolae Dikanın istefaya göndərilməsindən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyib. O, Regekampfın qayıdışının maliyyə cəhətdən çətin olduğunu vurğulayıb: “Hazırda onun öz komandası var və orada işləyir. Baş məşqçini işindən necə çıxarmaq olar? Bundan əlavə, Regekampfın yaxşı maaşı da var”.

Xatırladaq ki, Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012-2014 və 2015-2017-ci illərdə “Styaua”ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bənzər xəbərlər