featured-image-28969

Gənclərdən ibarət milli komandamızın sabiq üzvü Budaq Nəsirov karyerasını bərpa etməyi qərara alıb. Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu “Turan Tovuz”un əvzediciləri ilə məşqlərə başlayıb. Əgər o, formaya düşə bilsə, yay təlim-məşq toplanışında əsas komandaya cəlb olunacaq.

Qeyd edək ki, yarımmüdafiəçi “Turan”, “Araz Naxçıvan”, “Sumqayıt”, “Kəpəz” və “Zirə” klublarında çıxış edib. Nəsirov “Sportinq”in əvəzedici komandasında da bir müddət forma geyinib. O, neçə vaxt idi ki, Türkiyədə futboldan kənar işlə məşğul olurdu.

AYXAN

Bənzər xəbərlər