featured-image-82742

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək variantını nəzərdən keçirməyə davam edir.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu bir müddətdir Almaniya klubunun diqqət mərkəzindədir.

Arauxonun “Benfika” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Lakin Portuqaliya klubunun onu təxminən 40 milyon avro qarşılığında satmağı düşünə biləcəyi bildirilir. Müdafiəçi əsas heyətin stabil oyunçusudur və beynəlxalq oyunlarda təcrübə də qazanıb.

Bununla belə, “Bavariya”nın daha bir mərkəz müdafiəçisinə ehtiyac duyub-duymadığı hələ məlum deyil. Kim Min Çen son vaxtlar mövqeyini möhkəmləndirib və klubun onunla müqavilənin uzadılması barədə danışıqlar aparmağı düşündüyü bildirilir. Conatan Ta, Dayot Upamekano və Hiroki İto da müdafiə xəttində digər alternativlərdir.

“Bavariya” Arauxonu ən azı 2024-cü ildən izləyir. Həmin vaxt “Benfika” transfer təklifini rədd etmişdi.

Bənzər xəbərlər