"Bütün futbolçular sabahkı oyunu gözləyir" - Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev komandasının UEFA Konfrans Liqasının II təsnifar mərhələsində RFŞ-lə oyuna hazırlığını dəyərləndirib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis yaxşı hazırlıq keçdiklərini deyib:
“Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır.
Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, RFŞ – “Sabah” matçı iyulun 26-da saat 20:00-da start götürəcək.







