featured-image-16785

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçi Tərlan Əhmədovla Rauf Əliyev arasındakı mübahisəyə münasibət bildirib.

Msport.az xəbər verir ki, Gəncə klubunun rəhbəri tərəfləri barışdırmağa çalışacaqlarını deyib:

“Klub olaraq məsələnin bu müstəviyə gəlməsinə görə təəssüflənirik. Hər ikisi ilə damışıqlarımız olur. Düzdür, baş məşqçimiz Rauf Əliyevin komandadan göndərilməsini istəyir. Rauf da hörmət etdiyimiz futbolçulardandır. Ola bilər ki, Tərlan müəllimin onu məşqdən qovmasına əsəbləşib. Çalışacağıq ki, media vasitəsi ilə bir-birə söz atmasınlar. Bu məsələ həqiqətən də bizi narahat edir. Əlimizdən gələni edəcəyik ki, problem həll olunsun”.

Nadiri məsələnin barışıq yolu ilə həll etməyə çalışdıqlarını vurğulayıb: “Mən də çalışıram ki, məsələ barışıq yolu ilə həll olunsun. Tezliklə həm Rauf Əliyev, həm də Tərlan müəllimlə söhbət edəcəyik. Ümid edirəm ki, problem barışıq yolu ilə həll olunacaq”. (Futbol+).

 

Bənzər xəbərlər