featured-image-18754

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdıra bilər.

Msport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssis namizədliyini Polşa Futbol Assosiasiyasına (PZPN) özü təklif edib. PZPN müqavilə müddəti ilin sonuna qədər olan hazırkı çalışdırıcı Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını açıqlayıb. De Byazi isə AFFA ilə anlaşmasını 2023-cü ilin noyabrına qədər uzatmasına baxmayaraq, Polşa yığmasının sükanı arxasına keçməkdə maraqlıdır.

Xatırladaq ki, 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, PZPN rəhbərliyi son anda qərarını dəyişib.

Ötən gün Polşa yığmasını ukraynalı Andrey Şevçenkonun çalışdıracağına dair xəbərlər də yayılmışdı.

Bənzər xəbərlər