featured-image-17702

“İstəməzdim, belə cəza verilsin. Geridə qalan 14 oyunda nəinki hansısa hakimə etiraz bildirmək, heç biri ilə dialoqum da olmamışdı”.

Bunu “Şamaxı”nın məşqçisi Cavid Hüseynov “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyunu başa çatdıqdan sonra baş hakim Vüqar Həsənliyə əl-qol atdığı üçün AFFA İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalandırılmasına münasibət bildirərkən deyib.

34 yaşlı mütəxəssis bildirib ki, sözügedən matçda verilməyən sarı vərəqələr və başqa mübahisəli epizodlar onu çox əsəbləşdirib və nəticədə emosiyalarına sahib çıxa bilməyib: “Oyundan sonra da hakimə yaxınlaşıb həmin epizodlar haqqında soruşmaq istədim, “mənlə danışma, qırmızı vərəqə verəcəm” dedi. Daha sonra isə əlini cibinə apararkən onun qarşısını almaq istədim və kənardan elə göründü ki, hakimə əl-qol hərəkəti etmişəm. Nəinki hakimə, ümumiyyətlə heç kimə əl-qol atmaq fikrim olmayıb”.

O, məsələ ilə bağlı mətbuatda gedən yazılardan narahat olduğunu söyləyib: “Hakimə əl-qol atmağımla bağlı yazırlar. Amma belə deyil. Sadəcə, rəqib bizim düz 3 əks-hücumumuzun qarşısıni kobudluqla aldı, lakin hakim heç birində sarı vərəqədən istifadə etmədi. Mən bunların səbəbini bilmək üçün hakimlərə yaxınlaşdım, səbəbini soruşanda isə referi qırmızı vərəqə göstərdi. Həmin epizodda başqa heç bir fikrim olmayıb”.

Bənzər xəbərlər