“Çelsi”dən milli üzvü ilə yeni müqavilə
“Çelsi” klubu futbolçusu Ris Ceymslə müqavilənin müddətini uzadıb.
Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilədək nəzərdə tutulub.
“Çelsi”nin yetirməsi olan Ceyms İngiltərə millisinin də formasını geyinir.