“Çelsi” Morqan Rocersi transfer edir
“Aston Villa”nın futbolçusu Morqan Rocers karyerasını “Çelsi”də davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, yarımmüdafiəçi artıq London klubu ilə şəxsi müqavilə bağlayıb. Anlaşmanın müddəti 6 illikdir.
“Çelsi” bu transferə görə “Aston Villa”ya 137 milyon avro ödəyəcək.
Rocers ötən mövsüm 55 oyunda meydana çıxıb 14 qol vurub və 12 məhsuldar ötürmə verib.







