featured-image-73892

Afrika Millətlər Kubokunda parlayan Anis Hac-Mussa “Çelsi”nin radarına düşüb.

Msport.az xəbər verir ki, London klubu əlcəzairli vingerin transfer şərtləri ilə bağlı rəsmi sorğu göndərib.

Hazırda “Feyenord”da çıxış edən 23 yaşlı futbolçu, yüksək sürəti və driblinq qabiliyyəti ilə Avropa skautlarını heyran qoyub. “Zadəganlar” digər klubların rəsmi təklif verməsini gözləmədən prosesi nəzarətdə saxlamaq istəyir.

Hazırda tərəflər arasında ilkin danışıqlar davam edir.

Bənzər xəbərlər