"Çelsi"nin sabiq baş məşqçisi Fransada işləyəcək - RƏSMİ
“Çelsi”nin sabiq baş məşqçisi Liam Rosenyor “Paris” klubunun “sükanı” arxasına keçib.
Msport.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Rosenyor paytaxt klubunda Antuan Kombuareni əvəzləyib. “Paris” ötən mövsüm Liqa-1-də 11-ci yeri tutub.
İngiltərəli məşqçi 2026-cı ilin aprelində ardıcıl 5 məğlubiyyətdən sonra “Çelsi”dən istefaya göndərilmişdi.







