“Çelsi” qapıçı üçün 60 milyon ödəməyə hazırdır
“Portu”nun qapıçısı Dioqo Koşta İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi”nin əsas transfer hədəfinə çevrilib.
Msport.az xəbər verir ki, London klubu 26 yaşlı Portuqaliya millisinin qapıçısının müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
“Çelsi” hələ rəsmi təklif göndərməsə də, transferi rəsmiləşdirmək üçün konkret addımlar atmağa hazırlaşır. “Portu” futbolçunu itirmək istəmir və onu layihəsinin əsas simalarından biri hesab edir. Buna görə Portuqaliya klubu mümkün danışıqlarda birbaşa qapıçının sərbəstqalma məbləğinə istinad edir.
“Çelsi” Dioqo Koşta uğrunda mübarizədə qapıçı ilə maraqlanan PSJ-ni qabaqlayıb. London təmsilçisi yeni mövsüm ərəfəsində qapıçı mövqeyinin gücləndirilməsini prioritet hesab edir.
Qeyd edək ki,
Dioqo Koştanın “Portu” ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.







