“Çelsi” yeni baş məşqçisini açıqladı - RƏSMİ
“Çelsi” yeni baş məşqçisini açıqlayıb.
Msport.az xəbər verir ki, bu vəzifəyə Liam Rozenyor təyin edilib.
41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. Rozenyorun məşqçilik karyerası əsasən İngiltərənin aşağı liqaları ilə bağlı olub. O, daha əvvəl “Derbi Kaunti” (1-ci liqa) və “Hall Siti” (Çempionşip) klublarında çalışıb. 2024-cü ildən isə Fransanın “Strasburq” klubuna rəhbərlik edib.
Qeyd edək ki, “Strasburq” və “Çelsi” eyni sahiblərə məxsusdur və fransız klubu faktiki olaraq London təmsilçisinin farm-klubu hesab olunur.
Bu mövsümdə Rozenyorun rəhbərliyi altında “Strasburq” Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və hazırda Liqa 1-də 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Çelsi” bundan əvvəl baş məşqçi vəzifəsindən Enzo Mareskanı istefaya göndərmişdi.







