featured-image-75455

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Msport.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə “Nyukasl”ın qonağı olan Azərbaycan çempionu “Qarabağ” mübarizəni dayandırıb. “Atletiko” Madriddə “Brügge”ni qəbul edib və rəqibinə qalib gələrək növbəti raunda adlayıb.

İlk matçda evdə İtaliya nəhəngi “İnter”i üstələyən Norveçin “Budyo Qlimt” komandası səfərdə də qalib gəlməklə birinci görüşdə qazandığı nəticənin təsadüf olmadığını sübut edib.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

 

“Atletiko” (İspaniya) – “Brügge” (Belçika) – 4:1

İlk oyun – 3:3

“Bayer” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) – 0:0

İlk oyun – 2:0

“İnter” (İtaliya) – “Budyo Qlimt” (Norveç) – 1:2

İlk oyun – 1:3

“Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 3:2

İlk oyun – 6:1

 

Qeyd edək ki, pley-off mərhələsinin digər görüşləri bu gün baş tutacaq.

Bənzər xəbərlər