featured-image-68885

“Araz-Naxçıvan” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verəcək.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq.

Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutacaq görüşə saat 19:00-da start veriləcək. Matçı Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Vladimir Sebek (Monteneqro) idarə edəcəklər.

“Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunları Linz şəhərində keçiriləcək. Komanda sabah Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə yerli “Ljuti Krajişniçi” klubu ilə üz-üzə gələcək.

Bənzər xəbərlər