featured-image-34142

UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarından sonra ən çox qol vuran komandaların siyahısını açıqlayıb.

Msport.az xəbər verir ki, sıralamaya 10 topla İslandiya “Breydablik”i başçılıq edir.

Azərbaycan çempionu “Qarabağ” isə ikinci pillədə qərarlaşıb. Ağdamlılar liderdən cəmi 2 qol geri qalır.

Ən sərrast futboçuların siyahısında isə “köhlən atlar”ın hücumçusu Redon Cica hamıdan öndədir. Aktivində 4 qol olan albaniyalı forvardı İslandiya “Breydablik”indən Hösküldür Günleqsson, İsrailin “Makkabi” (Hayfa) klubundan Fratsdi Pyero, Slovakiya “Slovan”ından Vladimir Vayss və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından Luka İvanuşets (hərəyə 3 qol) izləyir.

Qeyd edək ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk oyununda Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bənzər xəbərlər