featured-image-8043

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Msport.az xəbər verir ki, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.

Ən çox azarkeş Bakıda “Qarabağ” və “Lex” arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 nəfər izləyib.

İkinci pillədə 20 022 tamaşaçı ilə “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı yer alıb. İlk “üçlüy”ü “Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) görüşü tamamlayıb – 17 347.

Xatırladaq ki, ilk oyunlarda ən çox azarkeş “Lex” – “Qarabağ” matçı toplamışdı.

media-28ba8ffe-b6e6-374a-8214-0000ecba77de

 

Bənzər xəbərlər