featured-image-8490

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Msport.az xəbər verir ki,  “Sürix”i 3:2 hesabıyla məğlub edən “Qarabağ” turnirdə ən çox qol vuran komandalar arasında ikinci sıradadır. 3 oyuna 8 qol vuran Ağdam klubu yalnız İslandiya “Vikinqur”undan geri qalır. Skandinavlar 12 qolla bu göstəricidə liderdir.

“Qarabağ” eyni zamanda ən çox hücuma çıxan komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 40 hücumla 3-cü sırada qarşılaşıb. İlk sırada Bolqarıstan “Lüdoqorets”i (52), ikincidə isə İsveç “Malmö”sü (45) yer alıb.

Azərbaycan çempionu küncdən zərbələrin sayında liderdir. “Atlılar” 3 oyunda 25 dəfə kornerdən istifadə edib. Komanda ən çox cərimə edənlər arasında birincidir. “Qarabağ”lın futbolçuları 3 matçda 42 dəfə sərt oynayıb.

“Qarabağ”ın yarımmüdafiəçi Kadi Borqes bombardirlər siyahısında ikincidir. 3 qolu olan braziliyalı futbolçu “Bodyo-Qlimt”in hücumçusu Bonifeysdən geri qalır (4 qol).

 

Bənzər xəbərlər