Çempionlar Liqası: “Qarabağ” bu klubla oynayacaq
Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən tədbirində Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi məlum olub.
“Köhlən atlar” ÇL-in 1-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq.







