featured-image-5945

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la “Lex” arasında keçiriləcək oyunların saatı dəqiqləşib.

Msport.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar iyulun 5-də Poznanda qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü isə iyulun 12-də Bakıda saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.

Bənzər xəbərlər