featured-image-33919
Bu gün “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşəcək. Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Köhlən atlar” II raundda Polşanın “Rakuv” komandasını keçəcəyi təqdirdə  “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

“Köhlən atlar” ilk matçını evdə keçirəcək

Həmçinin bu cütlüyün Avropa Liqasındakı mümkün rəqibləri də bilinəcək. Qurban Qurbanovun komandası Polşa çempionunu keçə bilməsə, mübarizəni qitənin ikinci dərəcəli turnirində davam etdirəcək. Həmin püşkatma isə bir saat sonra olacaq.

Bənzər xəbərlər