Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olur
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
Msport.az xəbər verir ki, “Qarabağ” (Azərbaycan) / “Rakuv” (Polşa) cütünün III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə Kipr “Aris”i bu dəfə Macarıstanda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Limasoldakı ilk oyunda meydan sahibləri rəqibini darmadağın edib – 6:2.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust
21:30. “Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna)
İlk oyun – 3:1
22:00. “Olimpiya” (Sloveniya) – “Luduqorets” (Bolqarıstan)
İlk oyun – 1:1
22:00. BATE (Belarus) – “Aris” (Kipr)
İlk oyun – 2:6
22:00. “Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun – 1:0
Qeyd edək ki, bu mərhələnin digər 8 cavab qarşılaşması avqustun 2-də keçiriləcək.







