featured-image-33823

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Msport.az xəbər verir ki, 15 matçı ümumilikdə 106 358 tamaşaçı izləyib.

Ən çox azarkeş “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta) qarşılaşmasında qeydə alınıb. İsrail klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 28 613 tərəfdar olub.

“Qarabağ”ın Bakıda Cəbəllütariqin “Linkoln” klubuna 4:0 hesabı ilə qalib gəldiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 19 453 nəfər olub.

media-adfda9b3-f408-3c23-93a3-d9b8bfaaf085

Bənzər xəbərlər