featured-image-1278

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Msport.az xəbər verir ki, İlk oyunda 3:1 hesablı qələbə qazanan “Real” “Çelsi”ni bu dəfə evdə sınağa çəkəcək. London klubunda Lukaku komandasına kömək edə bilməyəcək. Meydan sahiblərində Eder Militao cəzalıdır, Eden Azar, İsko və Valexo isə zədəlidir.

“Bayer Münhen” isə ilk matçda 0:1 hesabı ilə uduzduğu “Vilyarreal”la doğma meydanda üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

23:00. “Bayern Münhen” (Almaniya) – “Vilyarreal” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

13 aprel

23:00. “Atletiko” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 0:1

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya)

İlk oyun – 3:1

Bənzər xəbərlər