Çempionlar Liqası: “Sabah” cavab oyununa çıxır
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Bakı klubu Finlandiyanın “KuPS” komandasının qonağı olacaq.
Kuopio Mərkəzi Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İsraildən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
19:00. “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan)
Hakimlər: Qal Leibovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino
VAR hakimləri: Daniel Bar Natan, Eitan Şmuelevitz (hamısı İsrail)
Kuopio Mərkəzi Stadionu







