featured-image-58996

Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokaurinin (+100 kq) çıxış etdiyi Gürcüstanın “Zolotoy Qori” klubu Çempionlar Liqasında bürünc medal qazanıb.

Msport.az xəbər verir ki, yarış Fransanın Monpelye şəhərində təşkil olunub.

Kokaurinin yer aldığı kollektiv qarışıq komanda yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, Fransanın PSJ klubu qızıl medal əldə edib.

Bənzər xəbərlər