featured-image-79641

PSJ-nin yarımmüdafiəçisi Kanq-in Li karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, cənubi koreyalı futbolçu “Atletiko”ya keçidə razılıq verib.

Madrid təmsilçisi PSJ ilə yekun razılaşmanı yaxın saatlarda tamamlamağa çalışır. “Atletiko” 25 yaşlı futbolçunu hücumameyilli yarımmüdafiə xəttini gücləndirmək üçün istəyir.

Kanq-in Li daha əvvəl “Malyorka”da çıxışı ilə La Liqada yaxşı təsir bağışlayıb. Onun texnikası, sol ayağı, ötürmə bacarığı və hücumla yarımmüdafiə arasında əlaqə yaratmaq keyfiyyəti Dieqo Simeonenin planlarına uyğun hesab olunur.

Transferin təxminən 30-35 milyon avroya başa gələ biləcəyi bildirilir. PSJ isə mümkün ayrılıq fonunda “Monako”nun futbolçusu Maqnes Akliuşu Kanq-in Linin əvəzləyicisi kimi nəzərdən keçirir.

Kanq-in Linin PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir. “Atletiko Madrid” futbolçunun həm idman, həm də kommersiya baxımından önəmli transfer olacağını düşünür. Cənubi Koreya millisinin üzvünün Asiya bazarında böyük populyarlığa malik olması da keçidi Madrid klubu üçün daha cəlbedici edir.

Bənzər xəbərlər