featured-image-23885

“Qarabağ”ın “Gent”ə məğlubiyyətinin əsas səbəbi ön xətdəkilər – Ramil Şeydayev, Musa Qurbanlı və Abdullah Zubirin bacarıqlarından aşağı səviyyədə çıxış etməsi oldu. Buraya Leandro Andradeni də əlavə edərdim”.

Bunu Msport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.

“Qarabağ”ın Belçikada “Gent”ə 0:1 hesabı ilə uduzaraq, UEFA Konfrans Liqasında mübarizəni dayandırmasının səbəblərindən danışan veteran yarımmüdafiəçi bildirib ki, komandanın hücumda oyunu alınmadı: “Belədə isə istər-istəməz müdafiədə yorulursan, boşluqlar verirsən. Həm də çox sayda top itkisi olur”.

O, Ağdam klubunun oyununda qorxu sezildiyini söyləyib: “Bakıdakı matçda penaltini dəqiq yerinə yetirib səfərə daha rahat getmək olardı. Amma əsas səbəb, bayaq da qeyd etdiyim kimi, hücumdakıların çox aşağı səviyyədə oynamaları oldu. Amma müdafiəçilər yaxşı çıxış etdilər. Orta xətt çox qaçdı. Komanda yoruldu. Hücum planında zəif göründü. Ön xətdə bu qədər top itirirsənsə, məğlub olacaqsan. Psixoloji baxımdan isə heç bir problem yox idi. Səfərə də yaxşı motivasiya ilə getmişdilər”.

Hazırda menecer fəaliyyəti ilə məşğul olan Sultanov yeni transferlər barədə fikir bildirməyin çətin olduğunu vurğulayıb: “Redon Cicanı çıxmaq şərtilə, Adama Diakabi və Yassin Benzia tam hazır deyillər. Yalnız albaniyalı hücumçu nisbətən fəal idi. Diakabidə epizodik hərəkətlilik var idi. Bu oyunçular növbəti avrokubok mövsümündə özlərini yaxşı tərəfdən göstərəcəklər”.

CAHİD

Bənzər xəbərlər