Ceyhun Sultanovdan "Neftçi"yə məsləhət - "Klubda idman direktoru olmalıdır"
“Mən özüm də Sankt-Peterburqdayam. Oyuna baxmağa gəlmişəm”.
Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hazırda menecerliklə məşğul olan Ceyhun Sultanov deyib.
“Neftçi”nin Rusiyaya baş məşqçi və kapitan Emin Mahmudovsuz yollanması barədə fikirlərini bölüşən keçmiş futbolçu bunları söyləyib:
“Belə hallar baş verərkən bütün səlahiyyət idman direktorunda olmalıdır. İndiki durumda bilmirəm necə qərar verirlər. Amma praktika onu göstərir ki, baş məşqçi yoxdursa, komandanı idman direktoru formalaşdırmalıdır”.
Qeyd edək ki, “Neftçi” “Match TV” turnirdə iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.







