featured-image-71403

Çempionlar Liqasında (ÇL) dəqiqə baxımından ən çox oynayan futbolçuların siyahısı dərc edilib.

Msport.az xəbər verir ki, ilk “10-luq”da “Real” və “Barselona”nın 9 sabiq futbolçusu daxil olub.

Sıralamaya Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı, Madrid təmsilçisinin sabiq forvardı Kriştiano Ronaldo liderlik edir – 15 min 758 dəqiqə.

Argentina millisinin və “İnter Mayami”nin lideri, Kataloniya klubunun keçmiş hücumçusu Lionel Messi 2-cidir – 13 min 577 dəqiqə. “3-lüy”ü isə İspaniya millisinin və “Real”ın formasını geyinmiş Serxio Ramos tamamlayır – 12 min 449 dəqiqə.

Maraqlıdır ki, sıyahıda “Real” və “Barselona”nın sabiq futbolçularından başqqa yalnız 1 oyunçu yer alıb. Bu, bütün karyerasını “Milan”da keçirən əfsanəvi müdafiəçi Paolo Maldinidir (11 min 450 dəqiqə).

 

ÇL-də ən çox oynayan futbolçuların siyahısı aşağıdakı kimidir: 

  1. Kriştiano Ronaldo – 183 matç, 15,758 dəqiqə
  2. Lionel Messi – 163 matç, 13 577 dəqiqə
  3. Serxio Ramos – 142 matç, 12.449 dəqiqə
  4. Raul Qonzales – 142 matç, 11,989 dəqiqə
  5. Toni Kroos – 151 matç, 11,635 dəqiqə
  6. Paolo Maldini – 135 matç, 11,450 dəqiqə
  7. Xavi – 151 matç, 11,308 dəqiqə
  8. Robert Levandovski – 135 matç, 11,196 dəqiqə
  9. Kərim Benzema – 152 matç, 10,943 dəqiqə
  10. Jerar Pike – 128 matç, 10,627 dəqiqə.

Bənzər xəbərlər