ÇL: "Sabah" Bakıda ilk oyuna çıxır
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci oyununa çıxır.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu Bakı Olimpiya stadionunda “Praqa “Slaviya”sı ilə qarşılaşacaq.
Saat 20:45-də başlayacaq oyunu avstriyalı hakimlər idarə edəcəklər.
Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya)
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu







