Cokoviçin “Böyük Dəbilqə”də 21-ci titulu!
Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç “Uimbldon”un finalında avstraliyalı Nik Kiryosu məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb.
Msport.az xəbər verir ki, görüş 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən Cokoviçin xeyrinə başa çatıb. Kiryos ispaniyalı Rafael Nadalın tərk etməsindən sonra avtomatik olaraq finala yüksəlmişdi.
Qeyd edək ki, Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. Böyük Dəbilqə titullarının sayına görə lider Nadaldır (22).