Coşqun Diniyev "Ümraniyəspor"a keçdi - RƏSMİ
“Səbail”in bir müddət öncə transfer etdiyi Coşqun Diniyev karyerasının Türkiyənin “Ümraniyəspor” klubunda davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə Səbailin rəsmi feysbuk səhifəsi məlumat yayıb:
“Növbəti mövsümün hazırlığını davam etdirən “Səbail” Futbol Klubu heyətinin komplektləşdirilməsi məqsədilə yarımmüdafiəçi Coşqun Diniyev ilə 1 illik müddəti əhatə edən müqavilə imzalamış və iyunun 21-də bununla bağlı ictimaiyyətə məlumat verilmişdi. Bu gün isə Coşqun Diniyevin Türkiyənin “Ümraniyəspor” klubu tərəfindən transfer olunması istəyi barədə məlumat aldıq. Azərbaycanlı futbolçuların legioner həyatı yaşamasına maneə yaratmamaq üçün “Səbail” FK olaraq C.Diniyevin qardaş ölkəyə transferinə müsbət yanaşır, futbolçunun müqaviləsində də xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubumuzdan hər hansı şərtlər olmadan ayrıla biləcəyi barədə müvafiq bəndin olduğunu bildiririk”.
Qeyd edək ki, “Ümraniyəspor” ötən mövsüm Türkiyə Superliqasını tərk etdiyinə görə 1-ci liqada çıxış edəcək.







