featured-image-62264

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mərkəz müdafiəçisi Natan Akenin uzun müddətə sıradan çıxdığını bildirib. Msport.az xəbər verir ki, niderlandlı futbolçu İngiltərə kubokunun 1\8 final mərhələsində “Plimut Arqayl”la matçda zədələnib.

“İndi biz yenə uzun müddət mərkəz müdafiəçisi olmadan mübarizə aparacağıq. Biz Natan üçün darıxacağıq. Mən klub rəhbərliyinə çox minnətdaram ki, Xusanov və Vitor Reyesi aldılar. Əks halda gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana və İngiltərə kuboku uğrunda mübarizə apara bilməzdik. Bizdə yalnız Diaş qalacaqdı” – Qvardiola belə deyib.

Qeyd edək ki, daha əvvəl Con Stounz və Manuel Akandji də zədə almışdılar.

Bənzər xəbərlər