featured-image-83006

“Sabah”ın hücumçusu Coy-Lens Mikels Ruanda millisində debüt edib.

Msport.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiyaya qarşı oyunda meydana çıxıb. Görüş Ruandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mikels debüt matçında fərqlənə bilib.  Ruanda millisinin digər qollarından birini isə Coy-Lensin qardaşı, ötən mövsüm “Zirə”nin şərəfini qorumuş  Leroy Mikels vurub.

Ruanda millisinə dəvət alan “Zirə”nin müdafiəçisi Anji Mutsinzi də oyunda iştirak edib.

Ruanda – Liberiya – 3:1
Qollar: Abeddy Biramahire, 2 (1:0), Leroy Mikels, 33 (2:0), Silvanus Nimeli 38 (2:1), Coy-Lens Mikels, 44-pen. (3:1)

 

Bənzər xəbərlər