featured-image-80918

ÇSKA-nın baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ı penaltilər seriyasında məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o,  qələbənin taktiki hazırlığın nəticəsi olduğunu bildirib:

“Burada söhbət motivasiyadan yox, komandanın taktiki hazırlığından gedir. Məşqçi heyətini təbrik edirəm. Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Bilmirəm, insanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?”

Yanev azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb: “Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Qarşı tərəfdə 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi. Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır. Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm”.

Bənzər xəbərlər