CSKA “Qarabağ”la oyunöncəsi qələbə qazandı
“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi CSKA (Sofiya) Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Sofiya təmsilçisi 2-ci turda doğma “Botev”ii (Plovdiv) 3:2 hesabı ilə məğlub edib.
Oyun CSKA-nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən qollarını Coel Zvarts (41, 89) və İoannis Pittas (90+1) vurublar. Beləliklə, CSKA ilk iki turdan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, CSKA – Qarabağ” görüşü iyulun 30-da Sofiyada keçiriləcək. İlk oyun Bakıda 0:0 hesablə bərabərliklə başa çatıb.







