featured-image-25356

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Şəki” – “Ağstafa” oyunu “Ağstafa” komandasının təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Ağstafa”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gənclər Liqasının “Kəpəz” PFK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu İbrahim Piriyev rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-17 Liqasının “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz”in futbolçusu Kənan Hacıyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-14 Liqasının “Ulduz” (Mingəçevir) – “Daşqın” qarşılaşması “Daşqın” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Daşqın”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Daşqın komandası 2-ci dəfədir ki, oyuna gəlmir.

U-11 Liqasının “Sabah” – “Şirvansaray” oyununda “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-10 Liqasının UGİM (Şabran) – “Metak” qarşılaşması UGİM komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Azəri” (Gəncə) – “Lokomotiv” (Gəncə) qarşılaşması “Lokomotiv”in təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bənzər xəbərlər