Daha bir boksçumuz finalda
Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Msport.az xəbər verir ki, Bilalhəbaşi Nəzərovun (48 kq) ardınca Əli Abdullayev də yarımfinal görüşündən qalib ayrılıb.
63,5 kq çəkidə mübarizə aparan boksçumuz finala gedən yolda Camel Cemmalı (Fransa) 4:1 (27:30, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.
Millinin digər boksçularından Məhəmmədəli Qasımzadə (60 kq) Platon Kozlova (Rusiya), Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) məğlub olduğundan bürünc medala yiyələnib.
Qeyd edək ki, daha öncə Aynur Mikayılova (57 kq) da dünya birinciliyini 3-cü yerdə başa vurub.