Daliç də millidən getdi - RƏSMİ
Zlatko Daliç Xorvatiya millisinin baş məşqçi postundan ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının rəsmi saytında məlumat verilib.
59 yaşlı mütəxəssis 9 il idi ki, yığmanın “sükanı” arxasında idi. O, 2017-ci ilin oktyabrında milliyə rəhbərlik etməyə başlamışdı.
Komanda Daliçin rəhbərliyi altında DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıb. Bundan başqa, 2023-cü ildə Millətlər Liqasında 2-ci olublar.
Portuqaliya DÇ-2026-da 1/16 final mərhələsində Portuqaliyaya uduzaraq mübürizəni dayandırıb.







